Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xaçmazda avtomobil motosikletlə toqquşub: Ölən var
Xaçmazda avtomobil motosikletlə toqquşub, ölən var.
"Report"un məlumatına görə, hadisə rayonun Susayqışlaq kəndində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz" markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü rayon sakini 1991-ci il təvəllüdlü Rəhman Ramazan oğlu Əliyev aldığı xəsarətlərdən yerindəcə həlak olub.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Ukraynada savaşın görünməyən qəhrəmanı: "18 mindən çox cəsədi DNT metodu ilə araşdırmışam"
- Nazirliyin siyahısına düşə bilməyən plastik cərrahları nə gözləyir? - Cinayət MƏSULİYYƏTİ VAR
- Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair TƏLƏBLƏR DƏYİŞDİ
- Xüsusi Təftiş Komissiyasının siyahısından narazı olan plastik cərrahlar nə etməlidirlər? - RƏSMİ
- Tanınmış həkim: "Gözümü açandan plastik cərraham, adım siyahıda yoxdur"
Ən çox oxunanlar