26 
Sen
2018
11:27
103
159
15690
Virtual karabakh

Bakıda qonşular qadını zorlanmaqdan xilas etdilər

26 Sen, 2018
11:27
15690

Bakıda qonşular qadını zorlanmaqdan xilas etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadını zorlamaq istəyən şəxsi qonşular zərərsizləşdirib.

Oxu.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə dünən gecə saatlarında Xəzər rayonu, Qala qəsəbəsində baş verib.

İşdən evə qayıdan gənc qadına həmin məhəllədə fəhlə işləyən S.Quliyev hücum edib. O, qadını zorlamaq üçün təzyiq edib. Təcavüzə məruz qalan qadının səs-küyünə gələn qonşular onu fəhlənin əlindən ala biliblər. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları S.Quliyevin ifadəsini alandan sonra sərbəst buraxıblar. Hazırda Qala qəsəbəsinin sakinləri PB-nin həyətinə toplaşıb həmin şəxsin həbs olunmasını tələb edirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri