Okt
2018
17:26
314
29
4271
Virtual karabakh

Kuznetsov: Dağlıq Qarabağı nasistlərin törəmələri işğal edib

4 Okt, 2018
17:26
4271

Kuznetsov: Dağlıq Qarabağı nasistlərin törəmələri işğal edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ermənistanda parlamentdəki yerlər uğrunda üç qüvvə mübarizə aparır – nasistlər, faşistlər və milliyyətçilər. Bir sözlə, Ermənistandan demokratiyanın iyi belə gəlmir. Məhz nasistlərin törəmələri Dağlıq Qarabağı işğal edib. 

Oxu.Az xəbər verir ki, bu fikirləri rusiyalı tarixçi, tarix elmləri namizədi, professor Oleq Kuznetsov “Ermənistan: nasizmin icazə verildiyi ölkə” üzrə mətbuat konfransının ikinci sessiyasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, erməni milliyyətçilər və onun daşıyıcısı olan “Daşnaksütyun” partiyası 1930-cu ilin ortalarında SSRİ dövlət təhlükəsizlik orqanları tərəfindən ideya düşməni kimi qəbul edilirdi.

“Daşnaklar hər zaman nəzarətdə saxlanılırdı, onlara ağıllı siyasi rəqiblər kimi deyil, terrorçular kimi baxılırdı”, - tarixçi deyib.

Kuznetsovun sözlərinə görə, bununla bağlı Ermənistan SSR-inin dövlət təhlükəsizliyi komissarlığının siyasi bürosunun nümayəndəsi Armenak Abdulyanın 1933-cü ilin iyulunda yazdığı analitik məktubunda kifayət qədər aydın məlumat verilib. Həmin məktubda erməni milliyyətçiləri tərəfindən Sovet hakimiyyətinə əsas təhlükə kimi “İranda kifayət qədər təcrübəyə malik olan quldur başçılarının bizə gətirilməsi və hökumətin ayrı-ayrı üzvlərinə qarşı terror aktlarının törədilməsi” göstərilir. 

“Sənəd rəsmi olaraq “Daşnaksütyun” partiyasının XI və XII qurultaylarında verilən qərarların müqayisəsi” adlanır və o zaman çox böyük məxfiliyə malik idi: “Tamamilə gizlidir. Şifrələrlə saxlamaq” o demək idi ki, onunla yalnız idarəedici əməkdaşlar tanış ola bilərdi. 

Onun surəti Azərbaycan SSR, Gürcüstan SSR və Naxçıvan ASSR-ə verilmişdi. 

Doğrudur, bu məqalənin müəllifi bir il sonra müəmmalı şəkildə öldü – gah dedilər ki, qəzada ölüb, gah da iş otağında güllələnib. 

Rusiyalı tarixçinin sözlərinə görə, 1933-cü ildə bolşevik partiyası üçün daşnaklar ideya düşmənlərindən ideologiya düşmənlərinə çevrildilər. Bu vaxt “Njde” kimi tanınan Qareqin Ter-Arutyunyan Bostonda iyulun 16-da “Tseqakron” təşkilatını yaratdı. 

“Praktiki olaraq, bununla eyni vaxtda bir-biri ilə əlaqəli olmayan daha iki hadisə baş verdi. Birincisi, yanvarın 30-da Almaniyanın Milli Sosialist İşçi Partiyasının lideri Adolf Hitler Almaniyada reyxskansler təyin edildi. İkincisi isə, bu hadisəyə qədər və sonra tanınmayan antropoloq J.Montadon “armenoid irqi”nin olduğunu açıqladı. 

Bu hadisələrin eyni vaxtda baş verməsi təsadüfi deyildi. Qareqin Njde yaxşı bilirdi ki, SSRİ və Türkiyə qarşısında çox acizdir və etdiyi hərəkətlərlə Almaniyanın yeni fürerinin diqqətini çəkməklə, onun hərbi-texniki gücündən istifadə etmək istəyirdi”, - Kuznetsov əlavə edib. 

“Rusiya Federasiyasının Dövlət Arxivinin SSR-nin xalq daxili işlər komissarlığı fondunda Almaniya ordusunun əsgəri, İkinci Dünya Müharibəsinə qədər Avstriyada yaşayan Şamaxıdan olan erməni Peter Kamsarakyanın dindirilməsi ilə bağlı sənədlər var. O, nasist Almaniyasının imperiya təhlükəsizlik idarəsinin keçmiş agenti olub.

O, dindirilmə zamanı dəfələrlə “Tseqakron” təşkilatının adını “iqrçi” kimi səsləndirib. Bununla, Njdenin Hitlerə yaxın olduğu sübut edilib. 

Buna görə SSRİ təhlükəsizlik orqanlarının rəhbərləri yaxşı bilirdilər ki, Njde sadə nasist köməkçisi deyil, o, bu ideologiyanı Sovet İttifaqı xalqının şərhçilərindən biri idi. Buna görə də Stalinin ölümündən sonra onun azad edilməsi və ya öz ölümündən sonra reablitasiyası ilə bağlı məsələ heç vaxt qaldırılmayıb”, - professor deyib. 

Tarixçi əlavə edib ki, Sovet xüsusi xidmət və hüquq-mühafizə orqanları üçün Kamsarakyan vacib və qiymətli informasiya mənbəyi idi, çünki onun işini şəxsən SSRİ daxili işlər naziri, general-polkovnik S.N.Kruqlov aparırdı. 

“1948-ci il noyabrın 18-də onun imzası altında cəmi altı nüsxəsi olan “Tamamilə gizli” arayış buraxıldı. Nüsxələr İ.V.Stalinə, V.M.Molotova, L.P.Beriyaya və Q.M.Malenkovaya göndərildi. 

Arayışda Üçüncü Reyxlə erməni milliyyətçilər arasında əməkdaşlıqla bağlı növbəti sübutlar yer alıb: “...Daşnakları bütün ölkələrdən yığırlar. Onların bu ölkələrdə öz komitələri var və almanlar üçün maraqlı informasiyalar toplayırlar. Bu, ilk növbədə, Sovet İttifaqına, Mərkəzi Amerika ölkələrinə və İngiltərəyə aid  idi. Bütün vacib hadisələr zamanı daşnaqlar mütləq alman nümayəndələri dəstəkləməli idilər. 

Bundan başqa, almanların tapşırığı ilə daşnaklar 1940-cı ilin yayında Rumıniyada qanunsuz olaraq, brilyant və digər zinət əşyalarının satışı ilə məşğul idilər. Bu zinət əşyaları almanlar tərəfindən Hollandiyadan zorla toplanmışdı”. 

Tarixçinin fikrincə, daşnaklar öz arzularını da almanlara satmışdılar. 

“Onların əsas məqsədi SSRİ ilə müharibə zamanı Almaniyada daşnakların idarə edəcəyi erməni dövləti yaratmaq idi. Bununla yanaşı, erməni rayonlarının Türkiyəyə birləşdirilməsi ilə yanaşı, Ermənistanın şərqi Dağlıq Qarabağ hesabına, şimalı isə Gürcüstanın Borçalı rayonu hesabına genişləndirilməli idi.  

Buna görə də bu gün Dağlıq Qarabağı Ermənistan ərazisi hesab edənlər Nürnberq Beynəlxalq Məhkəməsi tərəfindən cinayətkar qrup kimi tanınan nasistlərin fikirlərinə söykənirlər”, - o qeyd edib. 

Kuznetsov əlavə edib ki, ən maraqlısı sənədin son abzasında verilən hissədir:

“Kamsarakyanın ifadəsi və onun daşnakların almanlarla əməkdaşlığa cəlb edilməsində rolu SSRİ DİN-in Vladimir həbsxanasında saxlanılan “Njde” ləqəbli Ter-Arutyunyanın dindirilməsi zamanı təsdiqlənib”. 

Tarixçi deyib ki, burada əsas olan alman nasizminin köməkçisi olan bir erməninin digər erməninin dindirilməsinə zəmin yaratması deyil -  bu, dünyanın istənilən ölkəsinin istənilən xüsusi xidmət orqanlarının tamamilə adi iş təcrübəsidir. 

“Burada vacib olan başqa məsələdir – Njde etiraf edib ki, o və digər ermənilər tərəfindən 1940-cı ildə yaradılmış “Tseqakron” təşkilatı erməni dilindən tərcümədə “irqçi” anlamına gəlirdi. 

Başqa sözlə desək, Njde etiraf edirdi ki, alman nasizminin tərəfdarıdır, onun ideologiyası açıq-aşkar irqçiliyi təbliğ edir və o, hərbi cinayətkardır”, - Kuznetsov qeyd edib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri