Okt
2018
11:02
16
264
15950
Virtual karabakh

Bakıda lift xadimənin başına düşdü - ANBAAN VİDEO

5 Okt, 2018
11:02
15950

Bakıda lift xadimənin başına düşdü - ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda xadimə işləyən qadın lift şaxtasında faciəvi şəkildə ölüb. Dəhşətli hadisənin görüntüsü binanın təhlükəsizlik kamerasına düşüb.

Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, hadisə ötən gün günorta saatlarında, paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 44a ünvanında baş verib. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Şaxtada dünyasını dəyişən qadının meyiti çətinliklə də olsa, oradan çıxarılıb. Nəsimi rayon prokurorluğunun əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən qadın 37 yaşlı Mahirə Yusifova olub.

Araşdırma zamanı məlum olub ki, səhər saatlarında binanın liftində nasazlıq yaranıb. Binaya nəzarət edən komendant Sultanməcid Əzizov usta çağıraraq lifti təmir etdirmək istəyib.

Hadisədən sonra binanın komendantı və usta Nəsimi rayon prokurorluğuna aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri