Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Samir Şərifov: Təhsil kreditləri ilə bağlı mexanizm tapa bilməmişik
Etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-ci ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq.
Oxu.Az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deputatların suallarına və təkliflərinə cavabında deyib.
Qeyd edək ki, o, iclasa sonradan qatılıb.
Nazir bildirib ki, digər məsələ təhsil kreditləri ilə bağlıdır:
“Bu, yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Problem ondadır ki, təhsil krediti alanların o krediti qaytarması, məncə, böyük bir sualdır”.
Nazir qeyd edib ki, bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər:
“Yaxşı, buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, kütləvi şəkildə həll edilir”
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Samir Şərifov" teqi üzrə xəbərlər
- Naxçıvana dotasiyanın məbləği 35 milyon manata yaxın azaldılır - SƏBƏB
- Gələn ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait artırılıb
- Azərbaycan gələn il üçün müdafiə və milli təhlükəsizlik xərclərini daha 159 milyon manat artırır
- Azərbaycanın 2025-ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb
- Cərimələrdən yığılan pullar hara xərclənir?
Rəylər