19 
Noy
2018
11:30
131
55
18470
Virtual karabakh

BDU-da giriş-çıxışlar bağlanıb? - RƏSMİ

19 Noy, 2018
11:30
18470

BDU-da giriş-çıxışlar bağlanıb? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dövlət Universitetində (BDU) heç bir yoxlama işləri aparılmır, universitetin giriş-çıxışları bağlanmayıb.

Bu sözləri Oxu.Az-a açıqlamasında BDU-nun mətbuat katibi Pərvanə İbrahimova, universitetlə bağlı yaranan yanlış informasiyalara cavab olaraq bildirib.

O deyib ki, faktı dəqiqləşdirməmiş əsassız məlumat yaymaq düzgün deyil:

“Son hadisələrlə bağlı yanlış xəbərlərin sayı artıb. Universitetdə təftiş komissiyasının olduğu, giriş-çıxışların bağlanması yalan xəbərdir. Bunların heç biri həqiqəti əks etdirmir”.

Xatırladaq ki, BDU-nun rektoru Abel Məhərrəmov ölkə başçısı İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri