11 
Dek
2018
17:32
146
35
6447
Virtual karabakh

Su polisi həyat üçün təhlükəli ərzaq məhsullarını müsadirə edib - FOTO/VİDEO

11 Dek, 2018
17:32
6447

Su polisi həyat üçün təhlükəli ərzaq məhsullarını müsadirə edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıq, müxtəlif növ quş, eləcə də, digər ət məhsullarını antisanitar şəraitdə hisə verərək bişirməkdə və satmaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Səmədov saxlanılıb. 

İdarədən Oxu.Az-a verilən məlumata görə, onun idarə etdiyi “Opel” markalı avtomobilin yük yerinə baxış zamanı hisə verilən səkkiz ədəd kütüm, səkkiz ədəd çəki balıqları, dörd ədəd dovşan, dörd ədəd toyuq və dörd ədəd ev ördəyi aşkar olunub.

Araşdırma zamanı V.Səmədovun qeyd edilən məhsulları Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan, paytaxt sakini Rövşən Zaidlinin həyətində fəaliyyət göstərən qanunsuz obyektdə onunla birgə hazırlandığı müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq idarə əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

Oradan qeyd edilən məhsulları hazırlamaq üçün istifadə olunan kustar üsulla hazırlanan soba, gigiyenik normalara cavab verilmədən bişirilən hisə verilmiş hazır məhsullar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, hisə verilmiş məhsulları hazırlanmaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Yanma prosesi zamanı yaranan kimyəvi tüstü həmin məhsullarda müxtəlif bakteriyaların yaranmasını daha da sürətləndirir. 

Aşkar edilən məhsullardan götürülən nümunələr ekspertizaya göndərilib. Ekspertiza nəticəsində müəyyən edilib ki, qeyd edilən məhsullar istifadəyə yararsızdır, eləcə də insan orqanizmində ağır qida toksiki infeksiyası qrupuna aid olan botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər. Qeyd edilən faktla bağlı  Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.

     

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri