Bakıda məktəbdə Yeni il şənliyi ilə bağlı məcburi biletin satılmasına rəsmi münasibət bildirilib.
231 nömrəli tam orta məktəbdən Oxu.Az-a verilən məlumatda qeyd olunur ki, Yeni il şənliyi ilə əlaqədar özəl qurumlardan birindən təqdim olunmuş afişa elanlar lövhəsinə və məktəbin giriş hissəsinə vurulsa da, bilet satışına yol verilməyib, valideyn və şagirdlər arasında bununla bağlı təbliğat aparılmayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, ümumi təhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı məqsədəmüvafiq hesab edilmir:
“Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq yolverilməz hesab olunur, belə hallar üçün məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır və ciddi tədbirlər görülür”.
“Onu da qeyd edək ki, ümumi təhsil məktəblərində Yeni il bayramı münasibətilə hər hansı vəsaitin yığılması ilə bağlı valideynlər tərəfindən müraciət daxil olmayıb”, - deyə İdarədən bildirilib.
10:43
Sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən bəzi məktəblərdə keçiriləcək Yeni il şənlikləri ilə əlaqədar şagirdlərə məcburi şəkildə biletlərin satılması barədə məlumatlar yayılıb.
Oxu.Az-ın məlumatına görə, 231 nömrəli məktəbin giriş qapısının qarşısında Yeni il şənliyi ilə bağlı elan yerləşdirilib.
İddia edilir ki, məktəbdə şənlik üçün uşaqların hər birindən beş manat yığılır. Valideynlərin sözlərinə görə, Yeni il proqramının biletlərinin satılması barədə direktor sinif rəhbərlərinə göstəriş verib.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər