20 
Dek
2018
14:29
23
211
9189
Virtual karabakh

Şəmkirdə 28 yaşlı kişi 200 iynə udub - ÖZƏL + FOTO

20 Dek, 2018
14:29
9189

Şəmkirdə 28 yaşlı kişi 200 iynə udub - ÖZƏL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

28 yaşlı Şəmkir rayon sakini hər gün 6-7 ədəd iynə udur. Rayon xətəxanasında maraqlı hadisə baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 28 yaşlı İsayev Emin ayın 17-də Şəmkir Mərkəzi rayon Xəstəxanasına müraciət edib.

O bildirib ki, mədəsində narahatlıq hiss edir. Xəstənin müayinəsi zamanı MRT (Maqnit rezonans tomoqrafiya) çəkilib və məlum olub ki, onun mədəsində, bağırsaqlarında 200-dən çox tikiş iynəsi var. Xəstənin həyati təhlükəsi olduğunu düşünən həkimlər onu dərhal Bakıya Respublika Klinik Xəstəxanasına göndəriblər. Hazırda onun xəstəxanada olduğu deyilir.

Faktla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Oxu.Az-a verdiyi açıqlamasında bildirib ki, həmin şəxs xəstəxanaya özü müraciət edib:

“Həmin şəxs özü çox rahat şəkildə xəstəxanaya gəlib. Bildirib ki, bir müddətdir narahatlıq hiss edir. Həkimlər nə ilə bağlı narahatlıq duyduğunu soruşduqda, onlara bir iynə udduğunu deyib. MRT çəkilişi zamanı həkimlər gördükləri görüntüyə inana bilməyiblər. 28 yaşlı xəstənin mədə və bağırsaqlarında 200-dən çox iynə olduğu aşkarlanıb. Professorlar hadisənin necə baş verdiyini anlamağa çalışırlar. Bu insanın sağ qalması möcüzədir”.

P.Abubəkirov onu da əlavə edib ki, həkimlər xəstənin psixoloji problemləri olduğunu təsdiqləyəcək rəy çıxara bilmirlər:

“Xəstə ilə bütün profillərdən olan həkimlər görüşüb. Onunla xəstəxananın psixoloq və psixiatrları söhbət aparıb. Həkimlər xəstənin verilən bütün suallara adekvat və normal cavablar verdiyini deyib. Xəstədən bu iynələri nə üçün udduğu soruşulub. O deyib ki,artıq iki ildir iynə udur. Onun sözlərinə görə, yuxarıdan ona vəhy gəlib ki, hər gün müəyyən miqdarda (6-7 ədəd) iynə udsun.

Xəstənin əməliyyat olunması olduqca risklidir. Həkimlər bu istiqamətdə nə edə biləcəklərinə dair iclas keçirib, fikir mübadiləsi aparıblar. Xəstə iki ildir bu vəziyyətlə yaşayır. Əməliyyat zamanı onun ölmə ehtimalı böyükdür.

Xəstənin ailəsi xəstəxanaya gəlib və onu evə aparmaq istədiklərini deyiblər. Həkimlər onun vəziyyətini ailəsinə izah etməyə çalışsalar da, ailəsi israrla bütün məsuliyyəti öz üstlərinə götürdüyünü deyərək onu evə aparıblar”.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri