11 
Yan
2019
10:36
123
54
1343
Virtual karabakh

Komitə sədri: Uşaqların istirahəti ilə bağı vəsait artırılmalıdır

Uşaqların istirahəti üçün büdcədən ayrılan vəsait cüzi olmaqla yanaşı, ötən ilin göstəricisini bu il üçün də təkrarlayır.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O xatırladıb ki, uşaqların asudə vaxtının və istirahətinin səmərəli təşkili ilə bağlı ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi ilə ildə iki dəfə icra hakimiyyətləri tərəfindən əlaqələndirilən və keçirilən maarifləndirici tur aksiyaları özəl və qeyri-özəl təşkilatlar üçün bir nümunə və örnəkdir. 

“Minlərlə məktəblinin ilin payız və yaz fəsillərində ayrı-ayrı regionlara, məktəbli turist səfərlərinə göndərilməsi uşaqların dünyagörüşünün, kommunikallığının, sərbəstliyinin, şəxsiyyətinin digər mənəvi və işgüzar keyfiyyətlərinin formalaşmasında böyük rol oynayır.

Buna baxmayaraq, bu ilin büdcəsində uşaqların istirahəti üçün ayrılan vəsait cüzi olmaqla yanaşı, ötən ilin göstəricisini bu il üçün də təkrarlayır”, - deyən komitə sədri yaxın gələcəkdə bu vəsaitinin ən azı 3-5 faiz həcmində artırılmasını məqsədəuyğun sayıb.

Komitə sədri gələcəkdə uşaqların istirahəti və asudə vaxtının səmərəli təşkili ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasını və qəbulunu mümkün variantlardan sayıb.

O qeyd edib ki, bu yöndə ideyalar mövcuddur, zaman-zaman müxtəlif təkliflər irəli sürülür və bu baxımdan, məsələ gələcəkdə reallaşa bilər.

Kamil HƏMZƏOĞLU

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri