Fev
2019
11:07
12
356
11742
Virtual karabakh

Azərbaycanda 16 nəfərdə A/H1N1 virusu aşkarlanıb

1 Fev, 2019
11:07
11742

Azərbaycanda 16 nəfərdə A/H1N1 virusu aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “donuz qripi” aşkarlanan 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, həmin şəxslərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısının vəziyyəti yaxşıdır:

“16 nəfərdə A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də, ÜST tərəfindən təsdiqlənib. Bu qrip Azərbaycanda kəskin şəkildə müşahidə edilmir. Əgər kəskin olarsa, bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyinin üç böyük klinikası bu xəstəliklə mübarizə apara bilər”.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə məsələ ilə bağlı həkimə müraciət edən xəstələrin hər birinə qrip diaqnozunun qoyulmasının düzgün olmadığını deyib:

“Xəstəxanaya müraciət edən pasiyentlərə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil. Çünki qrip virusu yalnız laborator şərait yoxlanıldıqdan sonra təsdiqlənə bilər. Əgər laboratoriya nəticələrində xəstədə hər hansı virus aşkarlanmayıbsa, onlara qrip diaqnozu qoyula bilməz”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri