Apr
2019
15:35
103
39
1740
Virtual karabakh

Kondisioneri çıxarıb, mağazaya girdi: paltar oğrusu yaxalanıb - VİDEO

Bakı şəhəri Xətai rayonunda yerləşən geyim dükanlarından birindən oğurluq edilib. 

Oxu.Az-ın məlumatına görə, mağazanın yan pəncərəsinə bərkidilən kondisioneri çıxaran və həmin hissədən obyektə daxil olan şəxs ümumi dəyəri 4600 manat olan geyim əşyalarını oğurlayıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmar Ağalarov saxlanılıb. 

Araşdırma zamanı E.Ağalarov paltarları satmaq məqsədilə oğurladığını etiraf edib.

Polis əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində rayon və paytaxt ərazisində avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Rəhim Ələkbərov saxlanılıb. 

İstintaq zamanı onun avtomobillərdən ümumi dəyəri 1200 manat olan maqnitofonlar oğurladığı məlum olub.  

Faktla bağlı cinayət işləri başlanılıb və həbs-qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri