İyl
2019
17:12
15
295
3405
Virtual karabakh

Göyçayda yanğın 100 hektar ərazini əhatə edib - FOTO

7 İyl, 2019
17:12
3405

Göyçayda yanğın 100 hektar ərazini əhatə edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda biçilmiş taxıl və otlaq sahələrində yanğın başlayıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, yanğın rayonun Bığır, Qarayazı və Alxasava kəndlərinin ərazisində davam edir.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay, Ucar, Ağsu və İsmayıllı Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırkı hava şəraiti küləkli olduğu üçün yanğının söndürülməsində çətinliklər var. Əsasən də Mingəçevirdən Bakıya gedən magistral elektrik xətləri yanğından mühafizə edilir.

Göyçay Dövlət yanğından mühafizə hissəsindən bildirilib ki, yanğın 100 hektarlıq ərazini əhatə edib.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri