11 
İyl
2019
11:08
10
163
2805
Virtual karabakh

Qaxda iki avtomobil toqquşdu: xəsarət alanlar var - YENİLƏNİB + FOTO

11 İyl, 2019
11:08
2805

Qaxda iki avtomobil toqquşdu: xəsarət alanlar var - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax rayonunun Qorağan kəndində baş vermiş qəzada yaralananların kimliyi bəlli olub.

Oxu.Az xəbər verir ki, bunlar “VAZ-2107” markalı maşının sürücüsü, 49 yaşlı Əliyev Elmir Məhəmməd oğlu, 54 yaşlı Əfəndiyev Əhməd Nüsrət oğlu, 20 yaşlı Musayeva Çinarə Şahin qızı, 58 yaşlı Nəsibova Züleyxa Şirin qızı, 54 yaşlı Əliyeva Zərnigar Bəşir qızıdır.

Yaralıların hamısı Qax rayonunun Almalı kənd sakinləridir. Onlardan ikisinin vəziyyəti orta-ağırdır. Digərlərinin gün içində evə buraxılması gözlənilir.

10:24

Qax rayonunun Qorağan kəndi ərazisində iki avtomobil toqquşub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, “KİA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “Jiquli”də olan sərnişinlər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri