16 
Okt
2019
16:56
12
512
7568
Virtual karabakh

Gizlənpaç oynayan azyaşlı transformatora girdi, ayaqları və qolu amputasiya olundu

16 Okt, 2019
16:56
7568

Gizlənpaç oynayan azyaşlı transformatora girdi, ayaqları və qolu amputasiya olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda gizlənpaç oynayan zaman transformatora girən doqquz yaşlı Zəhra Əliyevanın qolu amputasiya olunub.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı məlumatı sosial şəbəkədə jurnalist Esmira Cavadova paylaşıb. 

Onun sözlərinə görə, uşağın valideynləri olmadığı üçün əməliyyat üçün nənəsindən razılıq alınıb:

“Bir həkim qarşıya çıxıb o kimsəsiz uşağın müalicəsini üzərinə götürmədi. Halbuki, barmaqlarını kəsməkdə kifayətlənə bilərdilər”. 

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, uşağın müalicə işləri 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsində davam etdirilir:

“Hazırda vəziyyəti kritik qiymətləndirilir, həyati təhlükəsi qalır”.

Qeyd edək ki, hadisə ötən həftə Nizami rayonu, Babək prospektində, “Azərişıq” ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kV gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

Ağır vəziyyətdə olan Zəhra Əliyeva 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri