Bakıda gizlənpaç oynayan zaman transformatora girən doqquz yaşlı Zəhra Əliyevanın qolu amputasiya olunub.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı məlumatı sosial şəbəkədə jurnalist Esmira Cavadova paylaşıb.
Onun sözlərinə görə, uşağın valideynləri olmadığı üçün əməliyyat üçün nənəsindən razılıq alınıb:
“Bir həkim qarşıya çıxıb o kimsəsiz uşağın müalicəsini üzərinə götürmədi. Halbuki, barmaqlarını kəsməkdə kifayətlənə bilərdilər”.
Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, uşağın müalicə işləri 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsində davam etdirilir:
“Hazırda vəziyyəti kritik qiymətləndirilir, həyati təhlükəsi qalır”.
Qeyd edək ki, hadisə ötən həftə Nizami rayonu, Babək prospektində, “Azərişıq” ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kV gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.
Ağır vəziyyətdə olan Zəhra Əliyeva 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
İlhamə Əbülfət
Rəylər