20 
Yan
2020
03:28
15
168
4610
Virtual karabakh

Bakıda yüksək sürətlə gedən avtomobil qəza törədib - FOTO

20 Yan, 2020
03:28
4610

Bakıda yüksək sürətlə gedən avtomobil qəza törədib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil qəza törədib.

Oxu.Az xəbər verir ki, hadisə Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində baş verib. Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olan "Chevrolet" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi əvvəlcə "Daewoo" markalı avtomobilə, daha sonra işıq dirəyinə və səkidə olan yol ayırıcı dəmirlərə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə və yol infrastukturuna ciddi ziyan dəyib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Vüqar Ağayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri