25 
Yan
2020
14:41
152
28
4251
Virtual karabakh

Bakıda keçmiş məhkum silahla saxlanıldı

25 Yan, 2020
14:41
4251

Bakıda keçmiş məhkum silahla saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 56 yaşlı keçmiş məhkum silahla saxlanılıb. 

Oxu.Az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Natiq Hüseynovun üzərindən nömrəsi silinmiş, 3 ədəd güllə olan “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Araşdırma zamanı məlum olub ki, N.Hüseynov əvvəllər Cinayət Məcəlləsinin 143 (Təhlükədə qoyma),150 (Seksual xarakterli zorakılıq hərəkətləri), 226 (Radiaktiv materiallarla qanunsuz davranma), 228 (Qanunsuz olaraq silah-sursat, partlayıcı maddələr saxlamaq, gəzdirmək) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələrin əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə məhkumluq həyatı yaşayıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri