28 
Fev
2020
12:41
17
44
2719
Virtual karabakh

“Hom*me” ilə öz evinizin dekoratoru olun - FOTO

28 Fev, 2020
12:41
2719

“Hom*me” ilə öz evinizin dekoratoru olun - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ev, əziz ev! Bu ifadəni tez-tez təkrar etsək də, “əziz ev” deyərkən hər birimizin gözü önündə bir-birindən fərqli təsəvvürlər canlanır. Hamımız evimizi bəzəyərkən, onu xəyallarımızdakı ideal təsvirlərə oxşatmağa çalışır, bu yolla da səliqə  və rahatlıq yaradırıq. Lakin hər bir insan üçün bu anlayışlar fərqli məna daşıyır.

Dəbli jurnallar və internetdən hər gün diqqətimizi özünə cəlb edən külli miqdarda gözəl ideyaların axın etdiyi bir dövrdə kiçik büdcə ilə istədiyimiz ideal evi yaratmaq asandırmı? 

Tezliklə şəhərimizdə yaradılan yeni ev əşyaları brendi “Hom*me” sayəsində bu, su içmək qədər asan olacaq!

“Hom*me” çağırış edir: öz evinizin dizayneri olmaqdan çəkinməyin! Darıxdırıcı, standart ev əşyalarına yox deyin, fantaziyalarınızın azad quş kimi qanad açıb uçmasına imkan verin! 

Hər gün ekranlardan parlaq interyer ideyaları bizi cəlb edir, ev dekoru trendləri isə inkişaf və dəyişilmə tempi ilə heç də dəb sənayesindən geri qalmır. Bəs nəyə görə, sizin eviniz həmin trendlərə uyğun olmasın?! 

Hər kəsi öz yuvasının dekoratoru olmağa həvəsləndirən “Hom*me”, məhz ən son dəb trendlərinə cavab verən, özündə parlaq, gözəl stil və müxtəlif mövzulu qeyri-adi ev əşyalarını birləşdirən kolleksiyalar ilə görüşünüzə tələsir.

Bununla yanaşı, kolleksiyamızda təqdim edilən bir çox əşyalar çoxfunksiyalıdır və istəyinizdən, əhvalınızdan asılı olaraq, bu və ya digər formada istifadə edilməyə imkan verir. Brendin təklif etdiyi demokratik qiymətlər isə bütün fantaziyalarınızı bir göz qırpımında reallaşdırmaq şansı yaradır! Bircə dəfə mağazaya baş çəkməniz qeyd edilən fikirlərin tərifnamə yox, reallığın iqtibası olduğuna əmin olmanıza kifayət edəcək. 

Mağaza Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində, Heydər Əliyev Sarayı və Qış parkının yaxınlığında açılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri