Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şəmkirdə güclü külək orta məktəbin damını uçurdu
"Güclü külək nəticəsində dam örtüyü uçan Şəmkir rayonu Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri başqa məktəbə köçürülüblər".
Bu məlumat Qazax-Tovuz Regional Mədəniyyət İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.
"Aprelin 6-da müşahidə edilən güclü külək Şəmkir rayonu Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyünü uçurub.
Tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə bu gündən etibarən şagirdlər müvəqqəti olaraq Şəmkir rayonu Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta ümumtəhsil məktəbinə köçürülüblər.
Məktəbin dam örtüyünə dəyən zərərin qiymətləndirilməsi və müvafiq təmir işlərinin aparılması üçün təhsil müəssisəsinə ilkin baxış keçirilib. Yaxın günlərdə təmir işlərinə start veriləcək", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Bu gün günorta saatlarında baş verən güclü külək nəticəsində Şəmkir rayonunun Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbinin dam örtüyü aşıb.
Oxu.Az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, yaranmış vəziyyəti nəzərə alaraq sabahdan etibarən məktəbin şagirdləri müvəqqəti olaraq təhsillərini qonşuluqda yerləşən Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta məktəbində davam etdirəcəklər.
Qeyd edək ki, Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbi 2000-ci ildə kənd sakinləri tərəfindən inşa olunaraq istifadəyə verilib. Məktəb 372 şagird üçün nəzərdə tutulub.
Hazırda burada 750 şagird təhsil alır. Təhsil ocağı 34 sinif komplekti və 24 sinif otağı ilə fəaliyyət göstərir, dərslər iki növbəli təşkil olunub.