Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Smartfon kişilər, yoxsa qadınlar üçün daha çox ziyandır?
Beynəlxalq alimlər qrupu aşkar edib ki, smartfon istifadəsinin təhlükəliliyi cinsindən asılı olaraq dəyişir. Tədqiqat göstərib ki, qadınlar kişilərlə müqayisədə internetdə daha çox narahatlıq və mənfi qarşılanma qorxusu yaşayır.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa Psixiatriya Assosiasiyası (EPA) məlumat yayıb.
Araşdırmada orta yaşı 26 olan 400 nəfər iştirak edib. İştirakçılar smartfon asılılığı, emosional davranış və sosial narahatlıq səviyyəsini müəyyən etmək üçün müxtəlif testlərə cəlb olunublar.
Nəticələr göstərib ki, qadınlar kişilərdən daha çox telefonla vaxt keçirir və sosial şəbəkələrdə digər istifadəçilərdən gələ biləcək mənfi reaksiyalara görə daha çox stres yaşayırlar.
Qadınlar smartfonun həddindən artıq istifadəsindən daha çox zərər görürlər. Buna görə də onların rəqəmsal mühitdəki təcrübələrinə xüsusi diqqət yetirmək və dəstək tədbirlərinə hazır olmaq lazımdır.
"Smartfon" teqi üzrə xəbərlər
- Smartfonlardan çox istifadə xarici görünüşə necə zərər verir? - Rusiyalı kosmetoloq izah edir
- Smartfonu yandıra biləcək 10 təhlükəli şarj səhvi
- "iPhone" istifadəçilərinə XƏBƏRDARLIQ: Təcili olaraq iOS yenilənməlidir
- Dünyanın ən nazik oyun smartfonu təqdim edildi
- Qatlanan "iPhone" nə vaxt buraxılacaq?