Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Masallıda baş həkim işçiləri hədələyərək pul yığır: Ya 20 manat ver, ya da qan!
Masallıda tibb işçilərinin könüllü qanvermə aksiyası keçirilir.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, Masallı Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov aksiyanın gedişatında yeni “qayda” tətbiq edib.
Belə ki, səhhəti imkan verməyən və digər hər hansı səbəbdən qan vermək istəməyən tibb işçiləri qan əvəzinə baş həkimə pul ödəyir.
C.Nəzərovun “qaydasına” görə “cərimənin” məbləği 20 manatdır.
Xəstəxanadan verilən məlumata görə, qan və ya 20 manat ödəməyən tibb işçisi işdən çıxarılma ilə hədələnir.
Şikayətçilər deyir ki, hər il keçirilən qanvermə aksiyası baş həkimin əlavə qazanc yeridir. İddiaya görə, bu aksiyada qan hansısa xeyriyyə məqsədi ilə deyil, satılmaq üçün yığılır.
Məsələni diqqətdə saxlayacağıq.
"Masallı" teqi üzrə xəbərlər
- Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı araşdırmalara başlanıldı
- 17 yaşlı gənc şəxsiyyət vəsiqəsində "qız", məlumat bazasında "oğlan" kimi qeyd olunub - TƏFƏRRÜAT
- Masallıda 37 yaşlı kişi özünü asıb
- Azərbaycanda kişi arvadı ilə münasibəti olan dostunu döyərək öldürdü
- Masallıda evdə yanğın: Üç texnika cəlb OLUNDU