13 
Apr
2020
13:45
97
21
1076
Virtual karabakh

Karantin dövründə uşaq evlərinə qəbul həyata keçirilir? - AÇIQLAMA

13 Apr, 2020
13:45
1076

Karantin dövründə uşaq evlərinə qəbul həyata keçirilir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karantin rejimi ilə əlaqədar respublika üzrə fəaliyyətdə olan müəssisələrdə, inzibati binalarda mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilən qaydalara görə, karantin rejimində xüsusilə azyaşlı uşaqların gigiyenasına, ətraf mühitlə təmaslarının minimuma endirilməsinə diqqət etmək lazımdır.

Oxu.Az xəbər verir ki, respublika ərazisində fəaliyyət göstərən uşaq evlərində sağlamlıq məhdudiyyəti olan uşaqlar üçün nəzərdə tutulan müəssisələrin çoxsaylı sakinləri var.

Karantin dövründə həmin müəssisələrdə vəziyyət necədir? Bu müəssisələrə uşaqların qəbul prosesi davam edirmi? Müəssisələrdə hansı yoxlamalar aparılır?

Məsələ ilə bağlı suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov cavablandırıb.

O bildirib ki, sözügedən müəssisələrdə uşaqların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər görülür:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələri sakinlərinin də pandemiyadan qorunması üçün bütün işlər görülür. Hazırda hər iki müəssisədə (1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi) 5-18 yaşlarında 330-dan çox uşaq daimi dövlət təminatında saxlanılır.

Xüsusilə də bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər görülür. Fond tərəfindən bu müəssisələrə də dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələr verilib. Müəssisədə mütəmadi dezinfeksiya işləri aparılır. Sağlamlıq imkanları məhdud uşaqların koronavirusdan qorunması, onların sağlamlığının etibarlı mühafizəsi təmin edilir, sosial təcrid rejimi tam tətbiq olunur. Sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir. İşçi heyətinə də infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir”.

“İşçi personalının növbəli iş sistemi qurulub və onların müəssisədən kənar mühitlə təmasları tam məhdudlaşdırılıb. Xüsusi karantin rejimi ilə əlaqədar müəssisəyə qəbul isə hazırda həyata keçirilmir”, - deyə F.Talıbov vurğulayıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri