13 
Apr
2020
21:15
147
238
5402
Virtual karabakh

Qubada karantin rejimini pozan şəxslər cərimə olundular - FOTO/VİDEO

13 Apr, 2020
21:15
5402

Qubada karantin rejimini pozan şəxslər cərimə olundular - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunda karantin rejimini pozan şəxslər cərimə olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Bağbanlı kəndi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Vüqar Fərmanov, eləcə də müştəriləri Elxan Əmirov, Ruslan Seyfullayev, Tahir Rüstəmov və Nahid Bahadurov barəsində qanuna müvafiq qaydada tədbir görülüb.

Keçirilmiş digər bir tədbir zamanı rayonun Vladimirovka kəndi ərazisində rejim qaydalarını pozaraq futbol oynayan bir qrup gənc saxlanılıb. Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri