Bakının Xətai rayonunda baş vermiş yanğın söndürülüb.
APA-nın məlumatına görə, hadisə Xudu Məmmədov küçəsindəki qəbiristanlıq ərazisində qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, qəbiristanlıqda quru kol-kos yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.
23:34
Paytaxtda qəbiristanlıq yanır.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.Bildirilir ki, yanğın Xətai rayonu Xudu Məmmədov küçəsində yerləşən qəbiristanlıqda başlayıb.
Hələlik hadisənin baş vermə səbəbi ilə bağlı məlumat yoxdur.