İyl
2020
14:26
372
104
15873
Virtual karabakh

Azərbaycanlı alim koronavirusun dərmanını tapıb - VİDEO

Azərbaycanlı alim Tokay Hüseynov koronavirusun müalicəsində effektiv olan maddənin adını açıqlayıb.

Onun sözlərinə görə, həmin preparat əvvəllər də mövcud olub. Lakin onun COVID-19-un müalicəsində effektiv olduğu bilinmirdi.

Alim deyir ki, koronavirusa yoluxan şəxslərdə qanın laxtalanması baş verir və tənəffüsdə çətinlik yaranır. Sözügedən maddə isə qanın durulmasına səbəb olur və ölüm təhlükəsini birmənalı şəkildə uzaqlaşdırır.

“Bu, effektiv vasitədir və onu bir çox mənbələrdən toplamaq mümkündür. Sadəcə, ona fikir vermək lazımdır. Üzümü bizim tibb elminə tuturam ki, bu məsələyə daha böyük maraq göstərsinlər və özləri təhlil edib, konkret müalicə protokoluna daxil edə bilsinlər”, – deyə, alim sözlərinə əlavə edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri