24 
Okt
2020
12:41
2809
84
25171
Virtual karabakh

Ön cəbhədə döyüşən əsgərin avtomobil arzusu gerçəkləşdirildi - FOTO/VİDEO

İş adamı əsgərin xəyal etdiyi iki qapılı avtomobili alıb.

Bu barədə sosial şəbəkədə paylaşım edilib.

İş adamı Fərid Novruzi sosial şəbəkədə yayılan videoda əsgərin dediyi “iki qapılı “Mercedes” avtomobili mənim xəyalım olub” ifadəsini diqqətdə saxlayıb:

“Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salim evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin! Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028-də (Xocavəndin avtomobil seriyasıdır)”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri