25 
Noy
2020
10:26
186
12
1102
Virtual karabakh

Məzahir Əfəndiyev: “Qlobal təşəbbüs reallaşır”

25 Noy, 2020
10:26
1102

Məzahir Əfəndiyev: “Qlobal təşəbbüs reallaşır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il dünya birliyi tarixində misli görülməyən virusla, COVID-19-la qarşılaşıb ki, bu da bütün dünya dövlətlərini bu qlobal təhlükəyə qarşı birgə, həmrəy olaraq mübarizə aparmağa sövq etdi. Bu baxımdan heç bir dövlətin hazır olmadığı COVID-19 koronavirusun yaratdığı problemlər Azərbaycandan da yan keçməyib.

Martdan başlayaraq Prezident İlham Əliyevin düzgün, effektiv böhran idarəçiliyi modeli tətbiq edərək müəyyənləşdirdiyi davamlı və ardıcıl kompleks tədbirlər hesabına COVID-19-la mübarizədə mühüm əhəmiyyət kəsb edən addımlar atılıb, bir sıra uğurlar əldə edilib.

Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin yazdığı məqalədə qeyd olunub.

Həmçinin, xalqın birliyi və həmrəyliyi, bu məsələlərdə dözüm və səbir nümayiş etdirərək Cənab Prezidentin “Biz Birlikdə Güclüyük” devizinə əməli töhfə verməsi nəticəsində Azərbaycan bu mübarizədən üzü ağ və az zərərlə çıxması fikirləri də məqalədə yer alıb.

Eyni zamanda ölkə başçısı COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatı və dünyanın bir çox ölkələrinə müxtəlif formalarda yardımlar göstərib. Fərəhləndirici haldır ki, öz fəaliyyətini ÜST-ün tövsiyələri əsasında quran Azərbaycan hökumətinə elə pandemiyanın ilk günlərindən görülən işlərə görə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymət verilib.

Lakin, koronavirusun birinci dalğası ilə mübarizədən qalib kimi çıxsaq da, bu bəlanın ikinci dalğası hələ də davam etməkdədir. Bu gün koronavirus pandemiyası qlobal xarakter daşımaqla bütün dünya xalqlarının təhlükəsizliyini təhdid edir. Təəssüf ki, indiyə kimi nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə effektiv bir vasitə tapılmayıb. Bütün dünyada, o cümlədən ölkəmizdə tezliklə bu təhlükəli virusa qarşı effektiv bir vasitənin artıq vaxt itirmədən tapılmasına ehtiyac var.

COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının BMT Baş Assambleyasının Xüsusi Sessiyası çərçivəsində təcili bir araya gəlməsinə, vəziyyətdən çıxış və həll yollarının tapılmasına böyük ehtiyac, ciddi tələbat var. Onu da qeyd edim ki, aprel ayının 10-da Türk Şurasının videokonfrans vasitəsi ilə fövqəladə Zirvə görüşündə Cənab Prezidentin xüsusi vurğuladığı fikri bu gün də öz aktuallığını saxlayır və doğrudan da dünyanın yeni çağırışlara ehtiyacını zəruri edir.

Bu baxımdan daim qlobal təşəbbüslərlə çıxış edərək öz humanistliyini nümayiş etdirən Prezident İlham Əliyev bir daha regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə noyabr ayında zəruri təşəbbüslə çıxış etmiş və bunun nəticəsində 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi haqqında qərar qəbul edilib.

Sessiyada Baş Assambleyanın, İqtisadi və Sosial və BMT Təhlükəsizlik Şuralarının prezidentlərinin, BMT-nin Baş Katibinin və Qoşulmama Hərakatının Sədri olan Azərbaycan Respublikası Prezidentinin çıxışları nəzərdə tutulub.

Şübhəsiz ki, bu Xüsusi Sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaratmaqla, bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət tövsiyəsini verəcək. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir.

İnanıram ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı işğalçı Ermənistan üzərində tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm qələbə ilə yanaşı, dünyanı lərzəyə salan COVID-19 pandemiyasına da qalib gələcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri