12 
İyn
2021
17:27
93
42
2442
Virtual karabakh

Gün ərzində vaksinasiyadan keçən insanların sayı AÇIQLANDI

12 İyn, 2021
17:27
2442

Gün ərzində vaksinasiyadan keçən insanların sayı AÇIQLANDI

Bir gün ərzində ən çox vaksin olunanların sayı 62 minin üzərində olub.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, ölkədə yanvarın 18-dən başlayan vaksinasiya prosesinin aparılmasında bir neçə məqam var:

“Vaksinasiyanın sürətini araşdırsaq görərik ki, yanvardan bəri əhalinin vaksinasiyaya cəlb olunması eyni sürətlə getməyib. Mayın ortalarında başlayaraq prosesin sürəti bir qədər də artıb. Bir gün ərzində ən çox vaksin olunanların sayı 62 minin üzərində olub. Hazırda gündəlik vaksinasiyadan keçənlərin sayı 30-40 min arasında dəyişir. Lakin arzu edərdik ki, bu proses bir qədər də sürətlənsin. Qarşıya qoyduğumuz hədəflərə ən qısa müddət ərzində çatmağımızı düşünürük. Bunun üçün maarifləndirmə işləri aparmaq və əhalinin könüllülük əsasında peyvəndləməyə cəlb olunmasını təmin etmək lazımdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri