16 
Sen
2021
15:58
22
333
2031
Virtual karabakh

Şəhidin xatirə lövhəsinin ətrafı bərbad vəziyyətdədir - VİDEO

16 Sen, 2021
15:58
2031

Şəhidin xatirə lövhəsinin ətrafı bərbad vəziyyətdədir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda Vətən müharibəsi şəhidinin xatirəsinə qoyulan lövhənin ətrafı bərbad vəziyyətdədir.

Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib. Söhbət Abşeron rayonu, ipək yolu adlanan ərazinin yaxınlığından (Nübar qəsəbəsi) gedir. 

Sakinlər iddia edir ki, Vətən müharibəsi şəhidi baş leytenant Şirəliyev Sahib Yusif oğlunun şəkli vurulan lövhənin yaxınlığındakı natəmizliyə nəzarət edən yoxdur:

“Şəhidin xatirəsinə hörmət edilmir. Başqa yerlərdə şəhid lövhəsi olan küçələrdə aidiyyəti orqanlar tərəfindən abadlıq işləri aparılır. Ən azından ərazidə təmizliyə nəzarət edilir. Lakin burada heç bir təmizlikdən söhbət gedə bilməz. Yolun sağında şəhidin xatirəsinə yerləşdirilən lövhə, solunda isə zibillik var. Zibilləri də təmizləmək yerinə yandırırlar. Yaxşı olardı ki, ərazidə bir qədər abadlıq işləri aparardılar. Küçədə nə asfalt örtüyü var, nə də təmizlik”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefonlara cavab verən xanım bizi Hökməli qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yönləndirsə də, telefonlarımıza cavab verən olmadı. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri