Bakı şəhərində binaların üzərində yerləşdirilmiş çənlər yığışdırılır.
Bu barədə jurnalist Raminə Eyvazqızı sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, çənlər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yığışdırılır.
Xətai Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, çoxmərtəbəli binaların üzərindən olan çənlərin yığışdırılması qurumun səlahiyyətində deyil.
Qeyd edək ki, bir neçə il əvvəl də pilot layihə çərçivəsində bəzi ərazilərdə yerləşən çoxmərtəbəli binaların dam örtüyünün təmiri ilə bağlı oradakı çənlər yığışdırılmışdı.
Bakıda binaların üstündəki çənlər yenidən yığışdırılır - VİDEO
İlhamə Əbülfət