Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir
Göygöl rayonunun Toğanalı qəsəbəsindən Kəlbəcər rayonuna çəkilən tunel yolun tikintisi davam etdirilir.
Bunu REAL TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.
Onun sözlərinə görə, hazırda uzunluğu 11,5 kilometr olan tunelin tikintisi sürətlə davam edir.
“Tunel çox sərt qayalıqdan keçir. Artıq tunelin 500 metri hazırdır. İşlər 3 növbəli iş rejimində aparılır. Yol 2025-ci ildə istifadəyə verilməlidir. Ümumi uzunluğu 80,7 kilometr olacaq yoldakı tunelin tikintisi üçün Türkiyədən şirkət dəvət olunub.
Tunelin tikintisindən sonra Kəlbəcərdən İstisuya 26 kilometrlik yolun tikintisi başlanacaq. Sonra isə Kəlbəcərdən Laçına yol tikintisinə başlanacaq. Yol Laçın rayonunda tikiləcək hava limanına qədər uzanacaq”, - deyə sədr müavini qeyd edib.
"Göygöl" teqi üzrə xəbərlər
- Göygöldə maşın qadınları vurdu: Ölən var
- Mahnı sifarişinə görə toyda döyülən kişi xəstəxanada öldü
- Göygöldə qayınata ilə kürəkən arasında münaqişə: Bıçaqlananlar var
- AQTA: "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir"
- Bu xəbərləri qaçırmayın: 13.08.2024-ün ən mühüm hadisələri
Rəylər