“Son dörd ildə minimum pensiya 82 faiz artaraq 200 manat olub”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında deyib.
O bildirib ki, bu dövrdə orta aylıq pensiya 60 faiz artaraq 331 manat təşkil edib: “Son dörd ildə yaşa görə orta aylıq pensiya 53 faiz artaraq 358 manata, əlilliyə görə orta aylıq pensiya 67 faiz artaraq 293 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya 75 faiz artaraq 287 manata çatdırılıb”.
H.Məmişov qeyd edib ki, bu dövrdə müavinətin orta məbləği 95 faiz, maksimum məbləği isə 65 faiz artıb: “Dörd illik dövrdə təqaüdün maksimum məbləği 54 faiz artaraq 2 000 manata çatdırılıb. Yaşayış minimumu isə 26 faiz artaraq 196 manat olub”.
İlhamə Əbülfət