15 
Yan
2022
13:09
78
35
3345
Virtual karabakh

Sabahın hava proqnozu AÇIQLANDI

15 Yan, 2022
13:09
3345

Sabahın hava proqnozu AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri