Dövlət Yol Polisi (DYP) əməkdaşları üçün yeni avtomobillər alınıb.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
İddialara görə, DYP əməkdaşları üçün alınan BMW markalı yeni xidməti avtomobillərin qarajdan görüntüləri yayılıb. Avtomobillərin dövlət nömrə nişanları belə hələ seçilməyib.
Oxu.Az-a açıqlama verən Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov yayılan iddialara münasibət bildirərkən deyib ki, yayılan görüntülər qrafik üsulla düzəldilib:
“Sosial şəbəkədə yayılan görüntüləri kimsə xüsusi qrafika ilə düzəldib və yayıb. Hansı məqsədlə belə bir məlumatın yayıldığını bilmirik. Belə bir nəqliyyat vasitəsi və belə bir dövlət nömrə nişanı ölkədə yoxdur”.
View this post on InstagramKönül Cəfərli
Xəbər lenti"DYP" teqi üzrə xəbərlər
- Cəlilabadda baş vermiş qəzada xəsarət alan şəxsin durumu açıqlanıb - YENİLƏNİB + FOTO/VİDEO
- Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
- Tiktoker “Vaqa” polis idarəsinə çağırıldı: Qanuni tədbir görüldü - YENİLƏNİB + VİDEO
- Həftəsonu 70 nəfər sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edib
- Yol polisi həftəsonu 181 sürücünü saxladı: Nazirlər Kabinetinin qərarını xatırlatdı - FOTO
Digər xəbərlər