Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 1000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın zamanı 12 ərzaq və geyim mağazası yanıb.
Hadisənin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
20:27
Qəbələnin Vəndam kəndində bazarda başlayan yanğının qarşısı alınıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə alovun qarşısı alınıb.
Yanğın söndürülüb.
19:43
Qəbələnin Vəndam kəndində, bazar ərazisində güclü yanğın başlayıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın 11 mağazanı bürüyüb.
Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər görülür.
Rəylər