Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazir müavini: "Cari ildə ölkəyə 200 ədəd elektrik mühərrikli avtobus gətiriləcək"
"Cari ildə 200 ədəd elektrik mühərrikli avtobusların ölkəyə gətirilməsi və onların ölkə ərazisində istehsal olunması, yerli istehsaldan əldə olunması əsas məqsəddir".
Oxu.Az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, ötən il ərzində ölkəyə 160 elektrik mühərrikli avtobusunun gətirilməsini "BakuBus" həyata keçirib:
"Hazırda həmin avtobuslar sərnişinlərə xidmət göstərir. Eləcə də özəl operator tərəfindən az sayda olsa da, sınaq məqsədilə ölkəyə bir neçə elektrik mühərrikli avtobusların gətirilməsi baş tutub".
Nazir müavini vurğulayıb ki, elektrik mühərrikli avtobuslara kütləvi şəkildə keçidin təmin edilməsi üçün cari ildə yerli istehsal təşkil ediləcək.
"2024-cü ildə Bakı şəhəri üzrə 476 milyon sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 28 milyon nəfər çoxdur".
Oxu.Az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib:
"Bunlara nümunə olaraq 33, 46, 56 nömrəli marşrutları göstərmək olar. 200 avtobus təmir edilərək daşımaya qaytarılıb, həmçinin 165 ədəd elektrik avtobus daşımalara cəlb edilib. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilib və bir hissəsi artıq istismara buraxılıb".
O qeyd edib ki, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən ölkəyə 100-dən artıq yeni avtobusun gətiriləcəyi gözlənilir.
Aygün Mirakif
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Rəhman Hümmətov: "İki marşrut Sumqayıta 12 minə yaxın sərnişinin daşınmasını həyata keçirir"
- Nazir müavini: "Bakıda kanat və funikulyorlardan daha çox əyləncə məqsədilə istifadə edilir"
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Azərbaycanda fəaliyyət göstərən taksi operatorlarının sayı açıqlandı
- Paytaxtın bir neçə küçəsində yeni skuter parklanma məntəqələri təşkil edilib
Rəylər