Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Azercell" tətbiqində abunəçilərə özəl təkliflər
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa "Azercell" tətbiqindən faydalana biləcəklər.
Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator "Azercell" tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
Bu yenilik Müştəri Dəyərinin İdarəedilməsi platformasının "Azercell" tətbiqi ilə inteqrasiyası nəticəsində ərsəyə gəlib. Belə ki, abunəçilər özəl təklif və kampaniyalarla "Üstünlüklər" bölümündə tanış ola bilərlər. Burada həm tətbiq istifadəçilərinin, həm də abunəçilərin fərdi ehtiyaclarına uyğun hazırlanmış xüsusi təkliflər əks olunur. Sadələşdirilmiş aktivasiya isə onlardan yalnız SMS vasitəsilə deyil, həm də platforma üzərindən yararlanmaq imkanı verir.
Xatırladaq ki, "iOS" və "Android" sistemlərini dəstəkləyən müştəri-yönümlü "Azercell" tətbiqini "AppStore" və ya "Google Play"dən yükləmək mümkündür.
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/
"Azercell" teqi üzrə xəbərlər
- "Azercell" süni zəka texnologiyasına əsaslanan "AI Chat Bot" xidmətini təqdim edib
- "Azercell" abunəçilərinin nəzərinə!
- "Azercell"in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib
- "Azercell" ilə "Kinon Plus"dan 7 gün pulsuz istifadə imkanı!
- "Azercell" ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi
Rəylər