Bakıda yerləşən restoranlardan birində işçilər arasında dava olub.
Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə “Ada” restoranında baş verib.
Şirkətin administratoru, Türkiyə vətəndaşı Hüseyn Ömər Ocaqtad ilə barmen Təbriz Mazanov arasında mübahisə baş verib.
Nəticədə H.Ömər xəstəxanalıq olub.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
İlhamə Əbülfət
Rəylər