Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşları artırıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Dövlət Miqrasiya Xidməti və Maliyyə Nazirliyinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
"Maaş artımı 2025" teqi üzrə xəbərlər
- Vüqar Bayramov: "Yeni sosial paket müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək"
- Bəzi qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırıldı
- Fövqəladə Hallar Nazirliyinin bəzi əməkdaşlarının maaşı qaldırıldı
- Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşı artırıldı
- DSX və Səfərbərlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artırıldı