Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının MAAŞI ARTDI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması Fərman imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Daxili İşlər və Maliyyə nazirliklərinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə olunub.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
"Maaş artımı 2025" teqi üzrə xəbərlər
- Bəzi qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırıldı
- Fövqəladə Hallar Nazirliyinin bəzi əməkdaşlarının maaşı qaldırıldı
- Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşları artırıldı
- Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşı artırıldı
- DSX və Səfərbərlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artırıldı