İyn
2022
18:06
72
422
12697
Virtual karabakh

Manaf Ağayev dillərə dastan olan “Maybach”ı ilə yenə qayda pozdu - ANBAAN VİDEO

3 İyn, 2022
18:06
12697

Manaf Ağayev dillərə dastan olan “Maybach”ı ilə yenə qayda pozdu - ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Manaf Ağayev “Mercedes-Maybach” markalı lüks avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

M.Ağayev idarə etdiyi 10-BU-100 dövlət nömrə nişanlı avtomobil 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, dönmə əməliyyatı həyata keçirib. 

O, bununla digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. 

Qeyd edək ki, bu qayda pozuntusuna görə “Yol hərəkəti” haqqında qanuna əsasən, sürücüyə 3 bal və 60 manat məbləğində cərimə tətbiq edilir.

Xatırladaq ki, M.Ağayev bundan əvvəl Füzuli rayonunun işğaldan azad edilmiş ərazisinə qanunsuz səfər etdiyinə görə 15 sutka inzibati həbs cəzası alıb.

Qayda pozuntusunun əks olunduğu görüntüləri təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri