12 
İyl
2022
10:14
99
26
2672
Virtual karabakh

DYP-dən bölgələrdən qayıdan sürücülərə MÜRACİƏT

12 İyl, 2022
10:14
2672

DYP-dən bölgələrdən qayıdan sürücülərə MÜRACİƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə bağlı müraciət edib.

Müraciətdə deyilir:

“Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin artmasına səbəb olacaq.

Tətil günlərinin avtomobil qəzası nəticəsində arzuolunmaz bitməməsi üçün hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edirik.

Xüsusilə sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə, nümunəvi davranışla digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə qarşı isə səbirli və təmkinli olmağa çağırırıq. Uzaq məsafə qət edən sürücü və sərnişinlərin nəzərinə çatdırırıq ki, qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri