18 
Avq
2022
16:56
47
145
4031
Virtual karabakh

Şəmkirdən evdən qaçan 33 yaşlı qadın sığınacağa yerləşdirildi - YENİLƏNİB + FOTO

18 Avq, 2022
16:56
4031

Şəmkirdən evdən qaçan 33 yaşlı qadın sığınacağa yerləşdirildi - YENİLƏNİB + FOTO

Şəmkirdə itkin düşdükdən sonra Bakıda tapılan qadın ailəsinin yanına qayıtmaq istəməyib.  

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib. 

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 1989-cu il təvəllüdlü Asimə Məmmədovaya baş çəkiblər. 

“Qadınla söhbət aparılıb. O, nə ərinin, nə də valideynlərinin yanına qayıtmaq istəmədiyini deyib. Bundan sonra qadın Bakıdakı müvafiq sığınacağa yerləşdirilib”.

Qeyd edək ki, qadının üç uşağı var.

16:22

Şəmkirdə itkin düşən 33 yaşlı qadın tapılıb. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib. 

O bildirib ki, avqustun 7-də yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə Məmmədova Bakı şəhəri ərazisində tapılıb.

E.Qasımov bildirib ki, qadınla profilaktiki söhbət aparıb:

Məlum olub ki, A.Məmmədova öz istəyi ilə evi tərk edib və Bakıya gəlib. Qadının həyatı üçün hər hansı bir təhlükə yoxdur. Hazırda digər aidiyyəti qurumlarla araşdırmalar davam etdirilir. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qadın evdən getmə səbəbi kimi əri və onun valideynləri ilə birlikdə yaşamaq istəmədiyini göstərib. Qadının valideynlərinin iddia etdiyi onun əri tərəfindən fiziki zorakılığa məruz qalması məsələsi isə öz təsdiqini tapmayıb. Belə ki, qadının bədənində heç bir xəsarət izinə rast gəlinməyib.

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri