Elm və təhsil naziri Emin Əmrullayev dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr edilməsini şərh edib.
Oxu.Az-ın məlumatına görə, o bu barədə media üçün keçirdiyi brifinqdə açıqlama verib.
Nazir qeyd edib ki, bəzən məktəb direktorları məktəblərdə təhsilin keyfiyyətini süni şəkildə artırmaq üçün nəticəsi aşağı olan şagirdləri oradan uzaqlaşdırırlar:
“Fikrimcə, bu, düzgün deyil. Çünki şagirdlər həmin məktəbdə oxumalıdırlar. İmzalanan yeni qərarla direktorlar həmin şagirdləri orada saxlamaqda maraqlı olacaqlar”.
O qeyd edib ki, hazırda ölkə məktəblərində 11 mindən çox direktor və direktor müavini var:
“Həmin şəxslər də gələcəkdə sertifikasiyada iştirak edəcəklər”.
İlhamə Əbülfət
Rəylər