Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-də robotun köməyi ilə UNİKAL ƏMƏLİYYAT
Amerikalı cərrahlar ilk dəfə xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən 57 yaşlı xəstənin bədəninə tam robotlaşdırılmış qoşa ağciyər transplantasiyası həyata keçiriblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-York Universitetinin Tibb Mərkəzinin (NYU Langone Health) Mətbuat Xidməti məlumat yayıb.
"Avtomatlaşdırılmış robotların istifadəsi bizə uğur şansını maksimum dərəcədə artırmağa və cərrahiyyə əməliyyatının gətirdiyi bədən üçün mənfi nəticələri azaltmağa, həmçinin əməliyyatdan sonra ağrının şiddətini azaltmağa imkan verir. Həyat bizim üçün böyük dəyərdir", - deyə Nyu-York Universitetinin (ABŞ) dosenti Stefani Çanq bildirib.
Onun sözlərinə görə, alimlər ilk dəfə olaraq avtomatlaşdırılmış cərrahi sistemdən uğurla istifadə edərək, minimal cərrahi müdaxilə ilə ağciyərlərin çıxarılması və donor orqanlarla əvəzlənməsi üçün mürəkkəb əməliyyat həyata keçiriblər.
Rəylər