Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda general oğluna yüksək vəzifə verildi
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində rəisin müşaviri vəzifəsi yoxdur.
Bu barədə modern.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, müşavir vəzifəsinə yox, rəisin köməkçisi vəzifəsinə təyin olunub:
"Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub".
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.
Manset.az xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib.
Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.
Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Fotoda Aydın Qasımov
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Ədliyyə Nazirliyinin aparatının işçilərinin say həddi artırıldı - FƏRMAN
- Azərbaycanda Bakı Arbitraj Mərkəzi yaradılıb
- Nazir Lənkəran müasir penitensiar kompleksinə rəis təyin etdi
- Mirsaleh Seyidov rəisi İŞDƏN ÇIXARDI - Yeni təyinat
- QHT-lər aprelin 1-dək maliyyə hesabatlarını təqdim etməlidir - BİRGƏ MÜRACİƏT