“Liv Bona Dea International Hospital”da pasiyentlərə peşəkar həkimlər və tibb kollektivi tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir”.
Oxu.Az xəbər verir ki, bu barədə media nümayəndələrinə bu gün xəstəxanaya təşkil edilən mediatur zamanı məlumat verilib. Media nümayəndələri xəstəxanada bütün şöbələrlə əyani şəkildə tanış olublar.
8 209 çarpayılıq xəstəxanada - 12 əməliyyat və 2 anjiyo otağı, 156 stasionar xəstə çarpayısı, 28 yerlik ümumi reanimasiya bölməsi, altı yerlik ürək-damar cərrahiyyə reanimasiya bölməsi, yeddi yerlik yenidoğulmuşların reanimasiyası bölməsi və 12 çarpayılıq təcili yardım şöbəsi mövcuddur.
Xəstəxanadakı tibbi avadanlıqlar ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyanın aparıcı şirkətləri tərəfindən istehsal olunub.
“Bona Dea International Hospital”ı və “Liv Medical Group” arasında bağlanan müqaviləyə əsasən, hospital “Liv Bona Dea” brendi adıyla sağlamlıq sahəsində yüksək səviyyəli xidmət göstərir.
Burada qaraciyər transplantasiyası, ürək-damar xəstəlikləri, qabaqcıl onkoloji əməliyyatlar, ortopedik cərrahiyyə, onurğa cərrahiyyəsi, doğuşdan etibarən hər cür “rutin” və genetik “skrinning” testləri, diaqnostika və müalicə xidmətləri mövcuddur.
Həmçinin sağlamlıq risklərinin qiymətləndirilməsi üçün xüsusi “check-up” proqramlarından fərdiləşdirilmiş üzvlük sistemlərinə, evdə qulluq xidmətləri və onlayn müayinələrə qədər bir sıra xidmətlər təklif olunur.
Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mamalıq-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, otolarinqologiya, oftalmologiya, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, radiasiya diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya və mərkəzi sterilizasiya kimi sağlamlıq xidməti sahələri var.
Tibb müəssisəsində altı suit palata, iki VİP palata, bir premium palata mövcuddur. Palataların ödənişi xəstə yaxınlarının palatada qaldığı müddətdə istifadə etdikləri xidmət sayından asılı olaraq dəyişir.
“Liv Bona Dea International Hospital”nın baş direktoru Taner Özbək bu gün keçirilən mətbuat konfransında bildirib ki, 26-a çatan xəstəxana sayı ilə səhiyyə sektorunda öz sözünü demiş müasir tibb müəssisəsi şəbəkəsi kimi tanınırlar.
Xəstəxanada 12 transplantasiya əməliyyatı həyata keçirilib və bütün xəstələr sağlam şəkildə evə buraxılıblar.
“Liv Bona Dea International Hospital”nın baş həkimi Cabir Gülmalıyev bildirib ki, tibb sahəsində ən çətin əməliyyatların böyük əksəriyyəti bizim xəstəxanada müvəffəqiyyətlə həyata keçirilir:
“Həkimlər, tibbi personal maksimum çalışır ki, pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmət göstərsin. Biz inanırıq ki, gələcəkdə həkim personalınımız bu sahədə ilklərə imza atacaq”.
“Liv Bona Dea International Hospital”nın həkim transplantoloqu Eldar Əhmədov isə deyir ki, orqan transplantasiyaları arasında ən çətin olanı qaraciyər transplantasiyasıdır:
“Bu proses bizim peşəkar həkim kollektivi tərəfindən həyata keçirilir. 12 xəstəyə yalnız qaraciyər transplantasiyası həyata keçirilib. Onlar arasında səkkiz yaşlı qız uşağı da var. Bununla yanaşı, müəssisədə böyrək transplantasiyası da həyata keçirilib. Proseslər kifayət qədər uğurla həyata başa çatdırılıb.
Digər orqanların - mədəaltı vəzin, ağciyərin, eləcə də ürək transplantasiyasının həyata keçirilməsi üçün orqanlar meyitdən köçürülməlidir. Bunun üçün ölkədə qanunvericilik səviyyəsində ciddi addımlar atılmalıdır. Bu sahədə artıq işlər gedir. Arzumuz budur ki, gələcəkdə canlı orqan transplantasiyası əməliyyatlarına meyitdən transplantasiyanın da qoşulmasıdır ki, bu səhiyyənin orqan köçürülməsi istiqamətində daha da inkişafına xidmət etsin”.
Yüksək standartlara cavab verən hospital ölkəmizdə və regionda Beynəlxalq Birgə Komissiya (JCI) tərəfindən 100% nəticə ilə qiymətləndirilən ilk səhiyyə müəssisəsidir.
Tibb müəssisəsinə helikopter enməsi üçün xüsusi sahə ayrılıb. Buradan birbaşa təcili tibbi yardım və reanimasiya şöbələrinə giriş mövcuddur. Beynəlxalq Birgə Komissiya ilə qiymətləndirmə əsasında “Liv Bona Dea International Hospital”a başqa ölkələrdə əməliyyat olunan xəstələr belə qəbul edilir və onların müvafiq müalicə dövrü tibb müəssisəsinin həkimləri tərəfindən izlənilir.
Hospitalın açılışı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 27 mart 2018-ci ildə reallaşdırılıb.
“Liv Bona Dea Hospital” 2013-cü ildən Türkiyədə fəaliyyət göstərən “Liv Hospital” şəbəkəsinin ölkə xaricində olan ən önəmli investisiyalarından biridir. “Bona Dea International Hospital” və “Liv Medical Group” arasında bağlanan müqaviləyə əsasən hospital “Liv Bona Dea” brendi adıyla sağlamlıq sahəsində yüksək səviyyəli xidmət göstərir.
Sonda həkimlər medianın suallarını cavablandırıb, xəstələrlə xatirə şəkli çəkilib.
“Liv Bona Dea International Hospital”da pasiyentlərə peşəkar həkimlər və tibb kollektivi tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir”. Oxu.Az xəbər veri...
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər