20 
Noy
2022
18:58
52
469
12701
Virtual karabakh

Cəlilabadda qardaş bacını niyə öldürüb? - TƏFƏRRÜAT + YENİLƏNİB

20 Noy, 2022
18:58
12701

Cəlilabadda qardaş bacını niyə öldürüb? - TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

“Report”un məlumatına görə, rayonun Sabirabad kənd sakini, 1976-cı il təvəllüdlü Xalidə Əliyeva 5 gün öncə itkin düşüb.

Mərhumun meyiti bu gün səhər saatlarında rayonun Uzuntəpə kəndi ərazisində hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Məlum olub ki, o, qətlə yetrilərək meyiti kənddəki əkin sahələrindən birində basdırılıb. Meyit müayinə olunduqdan sonra adiyyatı üzrə təhvil verilib.

Kənd sakinlərinin sözlərinə görə, mərhum Xalidə Əliyevanın​ son günlər bir yerdə yaşadığı qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyev və onun həyat yoldaşı ilə mülk üstündə mübahisələri yaranıb. Hətta o, bununla bağlı 1 ay öncə polisə şikayət ərizəsi ilə müraciət də edib.

Qeyd edək ki, Cəlilabad rayon prokurorluğu hadisə ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Cəlilabad prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib.

İş üzrə istintaq davam edir.

15:22

Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cəlilabad prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilmiş və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilmişdir.

İş üzrə istintaq davam edir.

15:18

Cəlilabad rayonunda qadın meyiti aşkar olunub.

“Report”un məlumatına görə, meyit rayonun Sabirabad kəndi ərazisində, açıq ərazidə tapılıb.

İlkin ehtimala görə, meyit bir müddət öncə itkin düşmüş 46 yaşlı Əliyeva Xalidə Xeyrulla qızına məxsusdur. Onun qətlə yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri