Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ayaqyolu problemini gündəmə gətirən müəllimə töhmət verilməsi xəbərinə REAKSİYA - VİDEO
Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızının töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, müəllimin yayılan görüntülərə görə töhmət alması xəbəri həqiqəti əks etdirmir:
“2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlməyib. O, əmək intizamını pozduğu üçün rəhbərlik tərəfindən töhmət alıb”.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.
Daha sonra deputat Fazil Mustafa da müəllimin yaydığı videoya görə töhmət aldığı barədə paylaşım edib.
İlhamə Əbülfət
"İmişli" teqi üzrə xəbərlər
- İki qurumdan birgə ƏMƏLİYYAT: 134 kiloqram narkotiklə yaxaladılar
- Qazax və İmişli sakinləri evlərində ölü tapılıblar
- Baş prokuror Kamran Əliyevdən beş aydır nə ölüsü, nə dirisi tapılan Rasimlə bağlı TAPŞIRIQ
- Eşqə görə intihar edən kişinin sevgilisinin iki uşağı olub - TƏFƏRRÜAT + YENİLƏNİB
- Meyvə şirəsi qabında şampun gətirməsinə irad bildirən atasını öldürdü - DETALLAR
Rəylər